Bakının ticarət dövriyyəsi 4% artıb
Bu ilin yanvar-sentyabr aylarında Bakı üzrə ticarət dövriyyəsinin həcmi 2020-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 3,9% artaraq 17 017,4 mln. manata çatıb.
Bakı Statistika İdarəsindən “İki sahil”ə verilən məlumata görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,7% artaraq 8 931,8 mln. manata, qeyri-ərzaq məhsullarının həcmi isə 3,2% artaraq 8 085,6 mln. manata bərabər olub.
İstehlak məhsullarının 36,5%-i hüquqi şəxs statuslu müəssisələrdə, 45,4%-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 18,1%-i isə paytaxtın məhsul bazarlarında satılıb.

