Bakının ictimai iaşə dövriyyəsi 20% artıb
Bu ilin yanvar-sentyabr aylarında Bakının ictimai iaşə dövriyyəsi 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 20,5% artaraq 393,4 mln. manat olub.
ARANTV.AZ-ın Bakı Şəhər Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 338,6 mln. manat olub ki, bu da ümumi dövriyyənin 86,1%-ni təşkil edib.

