Dünya 

Pakistanda avtobus qəzaya uğrayıb: 20-dən çox ölü

Pakistanın Cammu Kəşmir əyalətində avtobusun dərəyə yuvarlanması nəticəsində 23 nəfər həlak olub.

ARANTV.AZ  Trend-ə istinadən bildirir ki, Ravalpindi əyalətinə hərəkət edən avtobus naməlum səbəbdən qəzaya uğrayıb.

Qeyd olunur ki, avtobusda 30-dan çox sərnişin olub. Hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.

Qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.

Daha çox xəbərlər