Çaydan kişi meyiti tapıldı – YENİLƏNİB
Göygöl rayonunda çayda tapılan kişi meyitinin kimliyi məlum olub.
ARANTV.AZ-ın məlumatına görə, 1971-ci il təvəllüdlü Bakı şəhər sakini Bəxtiyar Kazımov hündürlükdən çaya yıxılaraq ölüb.
Faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.
15:44
Göygöl rayonunda kişi meyiti tapılıb.
ARANTV.AZ-ın məlumatına görə, meyit rayonun Almədətli kəndindəki çaydan tapılıb.
40-50 yaşlarında olan şəxsin kimliyi məlum deyil.
Üzərində hər hansı bir xəsarətin olub-olmaması bilinmir.
Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub.

