İtkin düşən hərbçilərin yaxınları İrəvanda etiraza başladı: Paşinyanla görüş tələb edirlər
44 günlük müharibədə itkin düşən erməni hərbçilərin yaxınları növbəti dəfə İrəvanda etiraz aksiyası keçirirlər.
Aksiyaçılar hökumət binası yaxınlığındakı mərkəzi Tiqran Mets prospektini bağlayıblar. Onlar Baş nazir Nikol Paşinyanla görüş tələb edirlər.
“Nikol bizi qəbul edənə qədər getməyəcəyik. Övladlarımızın taleyini öyrənmək üçün sadəcə onunla görüşmək istəyirik”, – deyə aksiyaçılardan biri deyib.
Mənbə: TASS

