Uşaqlarda neçə yaşa qədər danışma problemi normal sayılır? – AÇIQLAMA
Əgər uşaq 2 yaşa qədər danışmırsa, onu izləyirik. Başqa heç bir əlamət yoxdursa, sadəcə danışıq ləngiməsi normal qəbul edilir. Amma iki yaşdan sonra bu nüanslar müayinə edilməlidir.
ARANTV.AZ xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Erkin Rəhimov canlı yayımda sualları cavablandırarkən deyib.
O bildirib ki, uşaqlarda göz kontaktının olmasına, dönən oyuncaqlara marağı varmı yoxlanılmalıdır:
“Ata-ana uşağa hansısa istiqaməti göstərəndə həmin yerə, yoxsa barmağa baxır, özünə qapanırmı, ünsiyyət qururmu və s. məsələlərə baxılmalıdır. Əgər bunların heç biri müşahidə edilməzsə, ona danışıq ləngiməsi diaqnozu qoyula bilər. 2 yaşdan sonra buna bənzər problemlə qarşılaşan valideynlər uşaqlarını xüsusilə pediatr, uşaq psixoloqu və psixiatrına, nevroloji problemlər də müşahidə edilirsə, uşaq nevropatoloqlarına apara bilər”.

