Bərdə RİH-nin başçısı çevik idarəçilik bacarığına malik olan vəzifə sahibidir
Bərdə rayonu haqqında qısa məlumat: 1948-ci ildən rayon tabeli şəhər statusu alan Bərdə şəhəri, zaman-zaman Azərbaycan Respublikasının dövlətçilik tarixində xüsusi rol oynayıb. Kür-Araz ovalığının şimal-qərb hissəsində yerləşən bu şəhər 1930-cu ilin 8 avqustunda təşkil olunub və rayonun mərkəzi hesab olunan Bərdə şəhəri, təkcə ölkəmizin deyil, hətta Yaxın Şərqin də ən qədim yaşayış mərkəzlərindən biri hesab olunur. Bunu arxeoloji qazıntılar zamanı tapılmış materiallar tam şəkildə sübuta yetirir. Tarixi mənbələr Bərdənin e.ə. mövcud olan ölkələrlə əlaqəsi olduğunu aşkara çıxarıb. Odur ki, qədim Bərdənin dövlətçiliyimizin qorunub saxlanılması baxımından oynadığı rol, yaxın və uzaq tariximizdə buraxdığı silinməz izlər, bu gün də müzakirə olunmaqdadır. Qədimliyi ilə öyünən Bərdənin müasirliyi də göz oxşayır desək, heç də yanılmarıq. Bunun bir səbəbi var, o da işbilən, idarəçiliyi bacaran rəhbərin rayonu irəli aparmasıdır. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 3 mart 2011-ci il tarixli Sərəncamı ilə, Vidadi İsa oğlu İsayev Bərdə RİH-ə başçı təyin olunmuşdur və həmin vaxtdan bu şəhərdə yeni bir mərhələnin, daha dəqiq desək əsaslı inkişafın başlanğıcı qoyulmuşdur. Vidadi İsayev ötən illər ərzində vətənpərvərlik ideyalarına sadiq olduğunu əməli addımları ilə sübuta yetirib və möhtərəm Prezidentin yürütdüyü siyasi kursun müdafiə olunmasında əzmkarlıq nümayiş etdirib. Belə ki, o, təyinatının ilk günlərindən Bərdənin hər bir problemini diqqətdə saxlayır, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində əməli addımlarını atır. Bununla da Bərdə RİH-nin başçısı ona göstərilən etimad və etibarı, bu gün də ən yüksək səviyyədə doğrultmağa çalışır.
Onu da bildirək ki, Yeni Azərbaycan Partiyasının (YAP) üzvü və tarix elmləri namizədi olan Vidadi İsayev, Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2017-ci il tarixli Sərəncamı əsasında “Əmək ordeni” ilə, 17 aprel 2019-cu il tarixli Sərəncamı əsasında “Vətənə xidmətə görə” ordeni ilə, 27 may 2019-cu il tarixli, 1205 nömrəli Sərəncamı əsasında isə, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” (1918-2018) yubiley medalı ilə təltif olunub. Dövlətçilik amallarına sadiq qalan Vidadi İsayev, hər zaman xalq-dövlət anlayışını uca tutan vəzifə sahiblərindəndir. Unutmamalıyıq ki, bu şəxs RİH-nə başçı təyin olunduqdan sonra, Bərdə şəhərinə məxsus ərazilərdə xeyli sayda layihələrə imza atılmış, çoxsaylı abadlıq və quruculuq işləri həyata keçirilmişdir. Şəhərin mərkəzi hissələrində, kənd və qəsəbələrində, iri yaşayış məntəqələrində görülən işlərin əyani şahidi olduğumuzdan atılan hər addımın nəticəsi olaraq, rəhbərliyə qarşı yanaşmamızı ortaya qoymağa çalışdıq. Bəli, əminliklə demək olar ki, yeniləşən Bərdə gələcəkdə daha da gözəlləşəcək. Media üzərindən apardığımız araşdırmalar zamanı o da bəlli oldu ki, Vidadi İsayev başçı təyin olunduğu gündən indiyə kimi, şəhərin müxtəlif ərazilərində bir neçə obyektlərin və infrastruktur lahiyələrin açılışı həyata keçirilib, ötən on il ərzində olduqca əhəmiyyət kəsb edən məsələ və problemlərin həlli istiqamətində ciddi addımlar atılıb. Məsələn, bu şəxsin rayon rəhbərliyinə təyinatından sonra Bərdədə Ulu öndər Heydər Əliyev adını daşıyan parkın, həmçinin “Qəhrəmanlar parkı”nın yeni üslubda tikilməsi, Tərtər çayı üzərində yeni körpü salınır, şəhərdəki 7 nömrəli məktəb tikilir, 3 və 4 nömrəli məktəblərlə bərabər, Qaradəmirçi məktəbində,Nüşabə qalasında, hətta texniki peşə məktəbində də əsaslı şəkildə təmir-bərpa işləri həyata keçirilir. Bundan əlavə, “Asan xidmət” mərkəzinin inşa olunub istifadəyə verilməsi, rayonun Yeni Daşkənd, Kələntərli, Alpout, Nazırlı və s. kəndlərində yol infrasturukturu yenidən qurulması və s. kimi işlərin görülməsi, rayon ərazisində qazlaşdırma işlərinin aparılması, yeni su artezian quyularının inşası məhz Vidadi İsayevin icra başçısı olduğu illər ərzində həyata keçirilən işlərdir.Onu da qeyd edək ki, rayon ərazisində quruculuq işləri bu gün də davam edir.10 saylı uşaq bağçasının inşası, digərlərində isə əsaslı təmir-bərpa işləri həyata keçirilir.
Abadlıq quruculuq işləri ilə yanaşı rayon sakinlərinin arzu və istəkləri dinlənilir.Həftənin müəyyən günlərində şəhərin ayrı-ayrı mərkəzi ərazilərində, kənd və qəsəbələrində rayon rəhbərliyinin sakinlərlə səyyar görüşləri keçirilir. İcra başçısı hər kəsə məxsus problemlərlə yerində tanış olur və onların həlli istiqamətində aidiyyatı üzrə tapşırıqlarını verir. Atılan addımları təhlil edib belə bir qənaətə gəlmək olur ki, hal-hazırda Bərdə şəhərinin tarixində yeni bir mərhələ, yeni bir inkişaf dövrü yaşanmaqdadır. Onu da deyək ki, Vidadi İsayev xalqını, dövlətini sevən, əsası ulu öndər Heydər Əliyev tərəfindən müəyyən olunan və bu gün cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən siyasi kursa sadiqlik nümayiş etdirən vəzifə sahibidir. Vidadi İsayevin qazi və şəhid ailələrinə qarşı daim həssas yanaşma nümayiş etdirməsinin hər kəs şahidi ola bilər. RİH-nin başçısı Vətən müharibəsi zamanı hərbi xidmətdə olan hər kəsin diqqətdə saxlanması, onların ailələrinə məxsus problemlərin həll olunması üçün aidiyyatı üzrə lazımi tapşırıqlarını verir.
Bu gün də şəhid ailələri, qazilər, müharibə iştirakçıları və digər imtiyaz sahibi olanlar daim rayon rəhbərliyi tərəfindən diqqətdə saxlanılır. 27 sentyabrda ölkəmizdə ANIM GÜNÜ ilə bağlı keçirilən tədbir zamanı, Vidadi İsayev başda olmaqla İH Aparatının rəsmi şəxsləri və digər vəzifə sahibləri, 72 nəfər şəhid ailəsinə baş çəkib, onların problemləri ilə bir daha maraqlanırlar. Şəhər ərazisindəki Şəhidlər Xiyabanının əsaslı şəkildə təmir olunması da, şəhidlərin ruhuna göstərilən ehtiramın əlamətidir. Yada salaq ki, 44 gün ərzində davam edən Vətən müharibəsi zamanı ətraf ərazilərdən Bərdə şəhərinə çoxsaylı məcburi köçkünlər üz tuturlar. Onların yerləşdirilmələri, gündəlik üç dəfə yeməklə təmin olunmaları və digər tələbatlarının ödənilməsi RİH tərəfindən həyata keçirilib. Yəni, bunlar yaxın tariximizin yaddaqalan və heç zaman unudulması mümkün olmayan anlarıdır. Bütün bunlar onu göstərir ki, bugünə kimi müəyyən həyat yolu keçən, lazımi idarəçilik təcrübəsi toplayan, qəlbində xalqına və dövlətinə qarşı hədsiz sevgi hissi gəzdirən Vidadi İsayev, bu gün də üzərinə düşən vəzifəsini lazımi səviyyədə yerinə yetirməkdədir. Bəli, hər kəs tam şəkildə əmin ola bilər ki, Bərdə RİH başçısının uğurlu fəaliyyəti, çevik idarəçilik bacarığı, hər kəsə qarşı diqqətcil olması, bundan sonra da ona daha çox uğurlar əldə etməyə imkan verəcək.
Vüsal BAYRAMOV

