Siyasət 

Zəfərlə nəticələnmiş Vətən müharibəsi tariximizə qızıl hərflərlə yazılacaq

44 gün davam edən  Vətən müharibəsində Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə 30 ilə yaxın erməni işğalı altında olan torpaqlarımız azad edildi. Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. Bu zəfər Azərbaycanın gücünü və qüdrətini bir daha bütün dünyaya nümayiş etdirdi.

Bu tarixi və Şanlı Qələbə ulu öndər  Heydər Əliyev siyasətinin, ideyalarının təntənəsi, qələbəsi  idi. Bu möhtəşəm qələbə ölkə Prezidenti İlham Əliyevin 2003-cü ildən başlayaraq həyata keçirdiyi  uğurlu daxili və xarici siyasətin, diplomatiyasının qələbəsi idi. 2003-cü ildən ölkəyə rəhbərlik edən möhtərəm Prezidentimiz İlham Əliyev ölkə iqtisadiyyatının dinamik inkişafını təmin etdi. Neftdən gələn gəlirlər hesabına iqtisadiyyatımızın digər sahələri inkişaf etdirildi, çoxsahəli iqtisadiyyat formalaşdırıldı. Təsadüfi deyil ki, 10 ildən çox bir müddətdə Azərbaycan iqtisadi artım tempinə görə dünyada lider oldu. Ümummilli Liderimiz Heydər Əliyev deyirdi “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir.”

Bəli, iqtisadi sahədə əldə olunan nailiyyətlərdən ilk növbədə xalqımızın sosial rifah halının daha da yaxşılaşdırılmasına, müharibə şəraitində yaşadığımız üçün Ordu quruculuğuna, hərbi sənayeyə sərf olundu. Ordumuz ən müasir silahlarla təchiz edildi. 44 günlük müharibədə dünya hərb tarixinə yeni, Azərbaycan hərb tarixinə Şanlı səhifə yazan, düşməni  məhv edən, qüdrətli Azərbaycan ordusu formalaşdı.

Nəyi, necə, nə zaman etməyi çox yaxşı bilən Müzəffər Ali Baş komandan möhtərəm Prezidentimiz İlham Əliyev düşmən təxribatına cavab olaraq  2020-ci ilin sentyabr ayının 27-də ” irəli” komandası verdi.

Bütün Azərbaycan xalqı harada yaşamasından aslı olmayaraq ölkə Prezidenti İlham Əliyevin düşmənin belini qıran, başını əzən “Dəmir yumruğ”u ətrafında sıx birləşərək milli birlik nümayiş etdirdi.

Azərbaycanda mövcud olan  52 siyasi partiyadan 50-si Bəyanatla çıxış edərək Ali Baş Komandan Prezident İlham Əliyevlə həmrəy olduqlarını bildirdilər. Təəsüf ki, həmişə olduğu kimi AXCP-Musavat cütlüyü özlərinin pis xislətlərindən əl çəkməyərək xalqla bir olmaqdan imtina etdilər, hətta müharibə dövründə belə düşmən dəyirmanına su tökməklə məşğul oldular.

Şanlı qələbəmiz Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti, xalqımızın birliyi, həmrəyliyi, Şanlı ordumuzun peşəkarlığı, rəşadəti, qəhrəmanlığı sayəsində qazanılmışdır.

Bəli, ümummilli liderimiz Heydər Əliyev Azərbaycanı ötən əsrin  90-cı illərində düşdüyü ağır, xaosun, anarxiyanın, özbaşnalığın, aclığın, fəlakətin hökm sürdüyü faciəli günlərdən, yenicə müstəqillik qazanmış respublikamızı müstəqilliyini itirməkdən, parçalanmaqdan, məhv olmaqdan xilas etdi. Onu tənəzzüldən tərəqqiyə qovuşdurdu. Azərbaycanın müstəqilliyini əbədi, dönməz, sarsılmaz etdi.

Ulu öndər Heydər Əliyev qətiyyəti Azərbaycanın məhv olmaqdan xilas etdi, cənab İlham Əliyev qətiyyəti Azərbaycanı qalib etdi. Xalqımıza uzun illərdi həsrətində olduğu Qələbə sevincini yaşatdı. Necə də gözəl deyimdir, Azərbaycanın harasına baxırsan Heydər Əliyevin izi, Azərbaycanın harasından baxırsan ulu öndər Heydər Əliyevin özü görünür. Vətən müharibəsində qazanılan möhtəşəm Qələbəni böyük sevinc hissi ilə qeyd etdiyimiz bu günlərdə Ulu Öndərin müqəddəs ruhu qarşısında baş əyərək bildiririk ki, Onun ruhu şaddır, ona görə ki, Ümummilli Liderimiz Azərbaycanın müstəqilliyinin əbədi, dönməz, sarsılmaz olmasını istəyirdi. Bəli, Ümummilli Liderimizin siyasətini uğurla davam etdirən, Onu dövrün, zamanın tələbinə uyğun zənginləşdirən Möhtərəm Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi uğurlu, daxili və xarici siyasət nəticəsində Azərbaycan Respublikasının müstəqilliyi əbədidir, dönməzdir, sarsılmazdır!

Ulu Öndər Azərbaycanı zəngin, qüdrətli, güclü görmək istəyirdi. Bəli, ölkə Prezidenti İlham Əliyev Azərbaycanı güclü,zəngin,qüdrətli dövlətə çevirdi,dünyada söz sahibi etdi.

Ümummilli Liderimiz işğal altında olan torpaqlarımızı işğaldan azad etməyi özünün siyasi varisi İlham Əliyevə vəsiyyət etmişdi. Ulu öndər Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla həyata keçirən Müzəffər Prezidentimiz İlham Əliyev 30 ildir işğal altında olan torpaqlarımızı 44 günə işğaldan azad etdi.

Ulu Öndərin İlham Əliyev haqqında dediyi “Mən ona  özüm qədər inanıram. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim işləri, planları, taleyüklü məsələləri İlham Əliyev Sizin yaxından köməyiniz və dəstəyinizlə axıra çatdıra biləcək.” Cənab İlham Əliyev Prezident seçilən kimi Azərbaycanda Heydər Əliyev siyasətinin davam etdiriləcəyini bildirdi. Möhtərəm Prezidentimiz İlham Əliyev ulu öndər Heydər Əliyev siyasətini yeni dövrün tələblərinə uyğun olaraq daha da zənginləşdirdi. Ulu Öndərin axıra çatdıra bilmədiyi işləri, planları uğurla başa çatdırdı. Müzəffər Prezidentimiz, qalib Ali Baş Komandanımız xalqımızı “Dəmir yumruq” ətrafında sıx birləşdirərək Ata vəsiyyətini şərəflə yerinə yetirərək işğal altında olan torpaqlarımızı azad etdi, Azərbaycanın suverenliyini bərpa etdi. Şuşanın azad edilməsi xəbərini xalqımıza çatdıran zaman Müzəffər Ali Baş Komandanımız İlham Əliyev demişdir ki, xoşbəxt adamam ki, Ata vəsiyyətini yerinə yetirdim. Azərbaycan xalqı xoşbəxt xalqdır ki, onun ümummilli lider Heydər Əliyevi, qalib, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevi var!

Füzuli Gülaliyev,

YAP Qobustan rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən

Daha çox xəbərlər