Təkcə Füzuli hava limanı ərazisindən 1 200-dən çox mina təmizlənib – Ceyhun Bayramov
Təkcə Füzuli Beynəlxalq Hava Limanının ərazisindən 1 200-dən artıq mina təmizlənib.
ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.
O bildirib ki, 30 il ərzində işğal altında olan ərazilərimiz Ermənistan tərəfindən minalarla zəhərləndirilib: “Mina təmizləmə işlərinin aparılmasının nə qədər çətin və mürəkkəb olduğu hər kəsə məlumdur. Bu, hərbi cinayətlərin faktiki olaraq davamıdır. Azərbaycan bu istiqamətdə də beynəlxalq qurumlar və dost ölkələrlə əməkdaşlıq edir”.

