Gündəm 

Qlobal ərzaq qiymətləri son 10 ilin maksimumuna yüksəlib

Oktyabr ayında qlobal ərzaq qiymətlərində son 10 ildəki ən yüksək göstərici qeydə alınıb.

ARANTV.AZ  xəbər verir ki, bu barədə mərkəzi qərargahı Romada yerləşən Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) məlumat yayıb. Bildirilir ki, oktyabrda FAO ərzaq indeksi 129,2-dən 133,2-yə yüksəlib. Bu, 2011-ci ilin iyul ayından bəri ən yüksək göstəricidir.

İnflyasiya təzyiqləri, Mərkəzi Bankların inflyasiya narahatlıqları və qlobal aclıq böhranı fonunda bu artımın davam edəcəyi gözlənilir.

FAO-nun hesabatına görə, oktyabr ayında ərzaq qiymətlərindəki artım əsasən taxıl və maye yağların qiymətlərinin bahalaşması hesabına baş verib.

Daha çox xəbərlər