Yenidən qapanmalar olacaq? – Rəsmi açıqlama
“Azərbaycanda pandemiya ilə bağlı qapanmalar gözlənilmir”.
ARANTV.AZ xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.
Ş. Mövsümov qeyd edib ki, bununla bağlı yayılan şayiələr əsassızdır.

