Hadisə 

Bakıda gənc qızı avtomobil vuraraq öldürüb

Bakının Binəqədi rayonunda yol qəzası zamanı bir nəfər ölüb.

ARANTV.AZ  APA-ya istinadən bildirir ki, hadisə Binəqədi-Balaxanı şossesində baş verib.

2001-ci il təvəllüdlü Əsgərova Səmayə Kamil qızı yolu keçərkən onu “Toyota” markalı nəqliyyat vasitəsi vurub.

S.Əsgərova hadisə yerində ölüb. Sürücü saxlanılıb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

Daha çox xəbərlər