Cəbhədən Xəbər 

2020-ci ilin 5 noyabrı.…

Tarixi Zəfərin qələbələrlə dolu hər anı

2020-ci il sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutdu. Təcavüzkar ölkənin təxribatçı əməllərinə cavab olaraq rəşadətli ordumuz sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması, təcavüzkar Ermənistanın kapitulyasiyası və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.

ARANTV.AZ  44 günlük Vətən müharibəsinin qəhrəmanlıq salnaməsinə bir daha nəzər salır.

Vətən müharibəsinin qırxıncı günündə rəşadətli ordumuzun Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, müqəddəs torpaqlarımızın düşmən işğalından azad edilməsi uğrundakı döyüş əməliyyatları xalqımızda böyük ruh yüksəkliyi yaratmış, insanların qələbə əzmini artırmışdır. Həmin gündə də xalqımız, onun bir hissəsi olan qəhrəman Azərbaycan Ordusu öz Liderinin ətrafında yumruq kimi birləşmiş, qələbə əzmi, Vətən təəssübkeşliyi görünməmiş dərəcədə güclənmişdir.

 

Daha çox xəbərlər