Parlamentdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib
“Milli Məclisdə Vətən müharibəsi və I Qarabağ müharibəsinin şəhidlərini bir dəqiqəlik sükutla yad edək”.
ARANTV.AZ xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib.
Daha sonra deputatlar bir dəqiqəlik sükutla şəhidlərimizin xatirəsini yad ediblər.

