Hadisə 

Dostunu qonaqlıq adı ilə evdən çıxarıb öldürdü

Ağcabədidə dost dostunu öldürüb.

ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Kəhrizli kəndində baş verib.

Kənd sakini 34 yaşlı Nuriyev Məharət Məhəmməd oğlu 1985-ci il təvəllüdlü Həsənov Rahib Zakir oğlunu qonaqlıq adı ilə evindən çıxararaq aparıb və odlu silahla öldürüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma başlanıb.

Daha çox xəbərlər