Son illərin ən güclü maqnit qasırğası
Yer kürəsində son bir neçə ilin ən böyük maqnit qasırğalarından biri qəfildən başlayıb, maqnit sahəsinin qeyri-sabitliyi ən azı iki-üç gün davam edəcək. Rusiya Fizika İnstitutunun Günəşin rentgen astronomiyası laboratoriyası bu barədə məlumat yayıb.
Son günlər geomaqnit aktivlik indeksi 7-ci səviyyəyə qədər (maksimum dəyər 9) yüksəlib. Bu, 5 ballıq şkala üzrə üçüncü səviyyəli maqnit qasırğası deməkdir”, – məlumatda deyilir.
Alimlər dəqiqləşdiriblər ki, proqnoza görə, Yerin maqnit sahəsinin qeyri-sabitliyi ən azı iki-üç gün davam edəcək.