Sosial 

Ağstafada ərli qadın evli kişiyə qoşulub qaçdı

Ağstafa rayonunun Poylu qəsəbəsində gizlin eşq həyatı yaşayan cütlüyün eşq macərasının üstü açılıb.

ARANTV.AZ  xəbər verir ki, 35 yaşlı Sevda Quliyeva ( ad, soy ad şərtidir) 28 yaşlı sevgilisi Orxan Alıyevlə ( ad,soy ad şərtidir) gizlin eşq həyatı yaşayıb.

Dəfələrlə aralarında görüş olan cütlüyün eşq macərası uzun çəkməyib.

Qadın bir neçə dəfə sevgilisi ilə öz evində görüşüb. Sonuncu dəfə görüşdə qadının 16 yaşlı oğlu anasının məşuqunu hasardan həyətə düşən zaman görüb və dərhal işdə olan atasına məlumat verib. Bu zaman qadın əri evə gələnədək sevgilisi ilə qaçıb.

Hazırda Ağstafa rayon polis şöbəsinin əməkdaşları cütlüyü axtarır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru,  polis baş leytenantı Eşqin Qasımov Bizim.Media-ya açıqlamasında faktı təsdiqləyib.

Qeyd edək ki,  hər iki şəxs ailəlidir. Hərəsinin iki övladı var.

Daha çox xəbərlər