Dünya 

Rusiyada son sutkada 41 335 nəfər koronavirusa yoluxub

Rusiyada son sutka ərzində daha 41 335 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

ARANTV.AZ APA-ya istinadən xəbər verir ki, bu, pandemiya başlayandan gündəlik yoluxma sayında maksimumdur.

Bununla da, Rusiyada COVID-19-a yoluxanların 8 755 930 nəfərə çatıb.

Son sutka ərzində 1 188 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 245 638 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Böyük Britaniya, Türkiyədən sonra dördüncü yerdə gəlir.

Daha çox xəbərlər