Cəbhədən Xəbər 

2020-ci ilin 7 noyabrı…

Tarixi Zəfərin qələbələrlə dolu hər anı

2020-ci il sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutdu. Təcavüzkar ölkənin təxribatçı əməllərinə cavab olaraq rəşadətli ordumuz sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması, təcavüzkar Ermənistanın kapitulyasiyası və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.

ARANTV.AZ 44 günlük Vətən müharibəsinin qəhrəmanlıq salnaməsinə bir daha nəzər salır.

Azərbaycan Ordusunun keçirdiyi əməliyyatlar nəticəsində Füzuli rayonunun Yuxarı Veysəlli, Yuxarı Seyidəhmədli, Qacar, Divanlılar, Qorqan, Üçüncü Mahmudlu, Cəbrayıl rayonunun Yuxarı Məzrə, Yanarhac, Xocavənd rayonunun Ataqut, Tsakuri, Xocalı rayonunun Moşxmaat, Qarabulaq, Qubadlı rayonunun Qəzyan, Balasoltanlı, Mərdanlı, Zəngilan rayonunun Beşdəli kəndi işğaldan azad edilib. Bunu Prezident İlham Əliyev öz “Twitter” səhifəsində paylaşıb.

 

Daha çox xəbərlər