Bakıda yürüş keçiriləcək, bəzi küçə və prospektlərdə hərəkət məhdudlaşdırılacaq – VİDEO
Böyük qələbənin birinci ildönümü – 8 Noyabr Zəfər Günü münasibətilə Bakıda yürüş keçiriləcək.
Xezerxeber.az-ın məlumatına görə, Azneft dairəsindən başlayacaq yürüş Hərbi Qənimətlər Parkında yekunlaşacaq.
Artıq Bakıda Zəfər Günü ilə bağlı hazırlıqlara başlanıb. Paytaxtın küçə və prospektləri, binaların eyvanları bayraqlarla bəzədilib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli “Xəzər Xəbər“ə bildirib ki, noyabrın 8-i təhlükəsizliyi təmin etmək məqsədilə səhər saat 7-dən axşam tədbir bitənə qədər bəzi küçə və prospektlərdə bütün növ nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Bakı Şəhər Dövlət yol Polisi İdarəsi həmin gün vətəndaşları şəxsi minik vasitələrindən istifadə etməməyə çağırıb.

