Cəbhədən Xəbər 

2020-ci ilin 8 noyabrı…

Tarixi Zəfərin qələbələrlə dolu hər anı

2020-ci il sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutdu. Təcavüzkar ölkənin təxribatçı əməllərinə cavab olaraq rəşadətli ordumuz sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması, təcavüzkar Ermənistanın kapitulyasiyası və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.

ARANTV.AZ  44 günlük Vətən müharibəsinin qəhrəmanlıq salnaməsinə bir daha nəzər salır.

Şanlı Azərbaycan Ordusunun keçirdiyi uğurlu əməliyyatlar nəticəsində Şuşa şəhəri işğaldan azad olunub. Bunu Prezident İlham Əliyev xalqa müraciətində bildirib. Şuşanın işğaldan azad olunması ilə Azərbaycan Vətən müharibəsini başa çatdırdı, Azərbaycan Ordusu Qələbə qazandı.

Ermənistan ordusu darmadağın edildi. 30 illik Vətən həsrəti, nisgili bitdi! 30 illik arzularımız, xəyallarımız, yuxularımız gerçəyə çevrildi! 8 Noyabr Azərbaycan tarixinə Qələbə Günü kimi yazıldı. Qarabağın tacı, muğamımızın beşiyi Şuşa mənfur düşmən tapdağından azad edildi. Həmin gün bu xəbər xalqımız tərəfindən böyük coşqu ilə qarşılandı. Hər kəs müqəddəs üçrəngli bayrağımıza bürünərək küçələrə axışdı, möhtəşəm Qələbə sevincini bir-birilə bölüşdü.

Daha çox xəbərlər