Qarabağ Azərbaycandır! Bayramınız mübarək!- Rusiyalı politoloq
Ermənistanın Azərbaycanla sülh bağlamaqdan başqa çıxış yolu yoxdur. Qarabağ Azərbaycandır! Bayramınız mübarək!
ARANTV.AZ xəbər verir ki, rusiyalı politoloq, jurnalist, millətlərarası münaqişələr üzrə mütəxəssis Yevgeni Mixaylov bu sözləri Zəfər Gününün ildönümü münasibətilə Azərbaycan xalqına videotəbrikində söyləyib.
Y. Mixaylov deyib: “Azərbaycan xalqını Zəfər Gününün ildönümü, Qarabağın öz sahibinə qayıdışının ildönümü, işğal altında olan ərazilərin tam azad edilməsinin ildönümü münasibətilə təbrik edirəm. Yalnız bunu arzulamaq qalır ki, delimitasiya və demarkasiya prosesi tezliklə başa çatsın və Azərbaycanın qonşuları sülh müqaviləsini imzalamağa hazır olsunlar. Ermənistanın Azərbaycanla sülh bağlamaqdan başqa çıxış yolu yoxdur, vəssalam. Qarabağ Azərbaycandır! Bayramınız mübarək!”

