Tbilisidə Azərbaycanın Zəfər Günü fləşmoblarla qeyd olunub – FOTO/VİDEO
Gürcüstanın paytaxtı Tbilisi şəhərində 8 Noyabr – Azərbaycanın Zəfər Gününə həsr olunan fləşmob keçirilib.
ARANTV.AZ xəbər verir ki, mərkəzi Rike parkda “Air Baloon Tbilisi” adlı böyük hava şarı Azərbaycan bayrağı və Zəfər rəmzimiz – Xarı bülbülün təsvirləri ilə işıqlandırılıb.
Şar Tbilisinin axşam mənzərəsinə xüsusi gözəllik qatıb.

