Hadisə 

Üzərində xəsarətlər olan qadının ölüm səbəbi məlum olub

Göygöl rayonunda üzərində xəsarətlər aşkarlanan meyitin şəxsiyyəti məlum olub.

“Report”un məlumatına görə, bu, Gəncə şəhər sakini, 1956-cı il təvəllüdlü E.Niftəliyevadır.

O, Göygöl rayonunun Topalhəsənli kəndində yaşadığı evdə qollarını kəsərək intihar edib. İntihara səbəb kimi qadının psixoloji sarsıntı keçirməsi ehtimal olunur.

Faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma aparılır.

Daha çox xəbərlər