Cəbhədən Xəbər 

Ermənistanın müdafiə naziri Qarabağa gəlməyə cəsarət edib?

Ermənistan mətbuatında ölkənin müdafiə naziri Arşak Karapetyanın Qarabağın Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olduğu ərazilərinə səfər etməsi barədə informasiya yayılıb.

Sözügedən səfərin noyabrın 6-da baş tutduğu iddia olunur. Onun Qarabağda “döyüş mövqelərini” ziyarət etdiyi, “mövqelərin gücləndirilməsi” ilə tanış olduğu bildirilir.

Erməni nazirin Qarabağa getməsinə dair görüntülər mətbuatda əksini tapmayıb. Bu informasiyanın erməni təbliğat maşınının növbəti təxribatı olması da istisna deyil.

Daha çox xəbərlər