Sosial 

“McDonald’s”ın top-menecerinin oğlu yoxa çıxdı

Rusiyanın paytaxtı Moskvada “McDonald’s”ın top-meneceri Həmzət Həsbulatovun 39 yaşlı oğlu Timur Həsbulatov itkin düşüb.

ARANTV.AZ  xəbər verir ki, bu barədə “112” “Telegram” kanalı məlumat yayıb.

Timur Həsbulatovun yoxa çıxması barədə polisə onun anası bildirib.

Qadının sözlərinə görə, oğlu həyat yoldaşı ilə münaqişə etdikdən sonra Moskvanın mərkəzində yerləşən evindən sentyabrın sonunda çıxıb, lakin hələ də ondan heç bir xəbər yoxdur.

Hazırda hüquq-mühafizə orqanları müraciətə əsasən araşdırma aparır.

Qeyd edək ki, Həmzət Həsbulatov Rusiyada ilk “McDonald’s”ı açan şəxsdir.

Daha çox xəbərlər