Ermənilər Qaragöl istiqamətində təxribat törədib
Ermənistan hərbçiləri ötən gün Laçın rayonunun ərazisində yerləşən Qaragöl ətrafında təxribata cəhd ediblər.
ARANTV.AZ erməni mediasına istinadən xəbər verir ki, Qaragöl yaxınlığında erməni və azərbaycanlı hərbçilər arasında dava düşüb.
Buna səbəb erməni əsgərlərin öz mövqelərini irəliyə çəkərək möhkəmlənmək cəhdi olub. Hərbçilərimiz buna reaksiya verərək, düşmən hərbçilərini əvvəlki mövqelərinə qaytarıblar.
Gərginlik Rusiya hərbçilərinin əraziyə gəlməsi ilə sakitləşib.

