Müdafiə Nazirliyi məlumat yaydı
Müdafiə Nazirliyi məlumat yayıb.
ARANTV.AZ xəbər verir ki, məlumatda bildirilir: “Azərbaycan Ordusu” qəzetinin baş redaktoru vəzifəsində xidmət edən polkovnik-leytenant İlham Behbudov Müdafiə nazirinin müvafiq əmrinə əsasən 2021-ci il fevralın 12-dən “Həqiqi hərbi xidmətdə olmağın son yaş həddi”nə görə ehtiyata buraxılıb.
Hazırda qəzetə rəhbərlik baş redaktorun müavini vəzifəsinə təyin olunan kapitan Məhəmməd Nəsirliyə həvalə edilib.

