Hadisə 

Azərbaycanda iki yaşlı uşaq kanalda boğuldu

Tovuz rayonunda kanaldan iki yaşlı uşağın meyiti tapılıb.

ARANTV.AZ-ın məlumatına görə, rayonun Abulbəyli kənd sakini, 2019-cu il təvəllüdlü Uğur Qəşəmovun meyiti kəndinin kənarından keçən kanaldan tapılıb.

Onun kanalın yanında oynayan zaman suya düşdüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər