Bakıda güclü külək nəticəsində yeddi nəfər xəsarət alıb
Bakıda hava şəraiti ilə əlaqədar küləyin fəsadlarından yeddi nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından APA-nın sorğusuna cavab olaraq bildirilib ki, üç kişi, dörd qadın müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Xəsarət alanlar tibbi yardım göstərilməsi üçün yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.

