Sosial 

Bakı Şəhər İcra Hakimiyyətindən paytaxtda küləyin aşırdığı ağaclarla bağlı AÇIQLAMA – FOTO

Güclü külək Nərimanov rayonu ərazisində ağacları aşırıb.

ARANTV.AZ-ın məlumatına görə, rayonun Ceyhun Hacıbəyli küçəsindəki poliklinikanın yaxınlığında irigövdəli ağac aşaraq piyadaların yolunu kəsib.

Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, güclü külək səbəbindən paytaxtda müxtəlif ünvanlarda ümumilikdə 25 ağac aşıb.

Qeyd edilib ki, hazırda aşan ağacların küçələrdən təmizlənməsi ilə bağlı əməkdaşlar tərəfindən tədbirlər görülür.

 

Daha çox xəbərlər