Hadisə 

Qış parkında havalandırma şaxtasına düşən şəxs xilas edildi – YENİLƏNİB + FOTO/VİDEO

Qış parkı ərazisində havalandırma şaxtasına düşən şəxs Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən xilas edilib.

ARANTV.AZ-ın məlumatına görə, şaxtaya düşən şəxs ağır xəsarətlər alıb.

O, təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya yerləşdirilib.

Xilasetmə anının görüntülərini təqdim edirik:

FOTO: Firudin Səlimov

10:11

Qış parkında kişi havalandırma şaxtasına düşüb.

ARANTV.AZ xəbər verir ki, hadisə nəticəsində kişi xəsarət alıb.

Hadisə yerinə təcili yardım və Fövqəladə Hallar Nazirliyinin briqadası cəlb olunub.

Daha çox xəbərlər