Hadisə 

Bakıda motosiklet sürücüsündən qanunsuzluq: Polis hərəkətə keçdi – VİDEO

Bakıda sosial şəbəkələrdə yayılan videoda motosiklet sürücüsünün qanunsuz hərəkətləri ilə bağlı polis araşdırma aparıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlər nəticəsində həmin şəxsin kimliyi müəyyənləşib.

Məlum olub ki, həmin şəxs 99-C-734 nömrəli motosikleti idarə edən Əli Hidayətzadə olub.

O, səhvini etiraf edib.

Ə.Hidayətzadə barəsində toplanmış materiallar məhkəməyə göndərilib.

 

Daha çox xəbərlər