“Azəriqaz” İB-nin baş direktorunun jurnalistlərlə növbəti görüşü olacaq
“Azəriqaz” İB-nin inzibati binasında növbəti “Açıq qapı” aksiyası 12 noyabr saat 14:00-dan 15:00-dək keçiriləcək.
ARANTV.AZ xəbər verir ki, bütün media mənsublarının üzünə açıq olacaq bu aksiya “Facebook” sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq. Hər bir media qurumu bu tədbirə dəvətlidir. Ünvanlanan sualları “Azəriqaz” İB-nin baş direktoru Ruslan Aliyev cavablandıracaq.

