Polislərin maaşı iki dəfə artsın – TƏKLİF
Milli Məclisin komitələrinin birgə iclasında 2022-ci ilin dövlət büdcə layihəsinin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev polislərlə bağlı təklif verib.
ARANTV.AZ-ın məlumatına əsasən, millət vəkili qeyd edib ki, polislərin maaşı aşağıdır.
“Mən təklif edirəm ki, heç olmasa polis serjantlarının və kiçik zabit heyətinin maaşları iki dəfə artırılsın”, – deyə Q.Həsənquliyev əlavə edib.
Q.Həsənquliyev məhkəmələrin aparatlarında işləyən əməkdaşların maaşının da iki dəfə artırılmasının vacibliyini deyib.
Millət vəkili Azərbaycanın yeni “Amfibiya” təyyarələri alması təklifini də səsləndirib.

