Dünya 

Ermənistanda koronavirusdan ölənlərin sayı 6867-yə çatıb

Ermənistanda daha 1 482 nəfərdə koronavirus aşkarlanıb.

ARANTV.AZ xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Məlumata görə, Ermənistanda COVID-19-a yoluxanların ümumi sayı 325 521 nəfərə yüksəlib.

Bildirilib ki, son sutkada ölkədə koronavirusdan 36 nəfər ölüb. Bununla da ölənlərin sayı 6867-yə çatıb.

Daha çox xəbərlər