Hadisə 

Azərbaycanda hamilə qadın müəmmalı şəkildə YOXA ÇIXDI

Göyçayda gənc qadın yoxa çıxıb.

ARANTV.AZ Lent.az-a istinadən xəbər verir ki, 1992-ci il təvəllüdlü Ucar rayon Qazıqumlaq kənd sakini olan Nuranə Şıxıyeva ötən gün qaynı ilə birgə İsmayıllı rayonuna qonaq gediblər. Bu gün oradan qayıdarkən saat 11 radələrində Göyçayın Potu kəndi ərazisində, Yuxarı Şirvan kanalının yaxınlığında qaynından xahiş edib ki, maşını saxlasın. O, əlindəki sellofan torbanı atmaq üçün maşından düşüb və yoxa çıxıb. Bir müddət sonra gəlinlərinin gəlmədiyini görən qayın yaxınlıqdakı polis əməkdaşlarına məlumat verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Mənsimov Lent.az-a bildirib ki, hadisə yerinə polis əməkdaşları cəlb olunub. O qeyd edib ki, hazırda axtarış işləri gedir.

Qeyd edək ki, itkin düşən qadın bir uşaq anasıdır. Onun hamilə olduğu bildirilir.

Daha çox xəbərlər