Gündəm 

Elektrik avtomobilləri ilə bağlı VACİB GÜZƏŞTLƏR

Gələn ildən elektrik avtomobillərinin ölkəyə idxalı zamanı onlar ƏDV-dən azad ediləcək.

ARANTV.AZ xəbər verir ki, bunu Milli Məclisin komitələrinin birgə iclasında iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov deyib.

O bildirib ki, elektrik avtomobillərinin satışının da ƏDV-dən azad ediləcəyi gözlənilir.

“Bununla yanaşı, elektrik avtomobilləri üçün nəzərdə tutulan doldurulma məntəqələri də ƏDV-dən azad olunacaq”, – deyə S.Ələkbərov əlavə edib.

Daha çox xəbərlər