Sosial 

Tarix yazan şəhidlər – VİDEO

Ağcabədi rayonu Hüsülü kəndində şəhidlər abidəsinin açılışı olub.

ARANTV.AZ Real TV-yə istinadən xəbər verir ki, torpaqların bütövlüyü uğrunda canından keçən 6 şəhidin xatirəsinə ucaldılan abidə kompleksinin açılışında Ağcabədi rayon rəhbərliyi, şəhidlərin ailə üzvləri, qazilər, döyüş yoldaşları ailələri və ictimaiyyət nümayəndələri iştirak edib.

Abidə kompleksində 1-ci və 2-ci Qarabağ döyüşlərində şəhid olan Hüsülü kənd sakinlərinin fotoları və onlar barədə məlumatlar əks olunub.

Məlumat üçün bildirək ki, şəhidlər abidəsində Hüsülü kəndindən olan 6 şəhiddən 5-i Birinci Qarabağ döyüşlərində, şəhid Fəryad Xəlilov isə Vətən müharibəsində şəhid olub.

Qeyd edək ki, sözügedən abidə kompleksi Vətən müharibəsi iştirakçısı, qazi İsmayıl Məhərrəmovun fərdi vəsaiti hesabına inşa edilib.

 

 

Daha çox xəbərlər