Göyçayda şəhid polkovnik-leytenantın xatirə lövhəsi yeniləndi – FOTO
Göyçayda şəhid polkovnik-leytenantın adına qoyulan xatirə lövhəsində dəyişiklik edilib.
ARANTV.AZ xəbər verir ki, Göyçay şəhər 3 saylı tam orta məktəbdə şəhid polkovnik-leytenant Vidadi Xəlilovun şərəfinə qoyulan xatirə lövhəsində buraxılan orfoqrafik səhvlərin bir qismi düzəldilib. Lakin yenilənən lövhədə əslində “polkovnik-leytenant” kimi yazılmalı olan söz “polkovnik leytenant” kimi düzəldilib. “Oğlu” sözü isə “Vaqif” sözündən bir qədər aralı yazılıb.
Qeyd edək ki, bir neçə gün əvvəl şəhid polkovnik-leytenant Vidadi Xəlilovun xatirə lövhəsində orfoqrafik səhvlərin olması ilə bağlı sosial şəbəkələrdə məlumatlar yayılmışdı. Belə ki, şəhid hərbçinin rütbəsi – “palkovnik-leytenant” kimi qeyd edilmişdi.

