Hadisə 

Azərbaycanda tələbə vəfat edib

Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin tələbəsi vəfat edib.

ARANTV.AZ xəbər verir ki, kollecin tələbəsi 2006-cı il təvəllüdlü Ağaxan Musayev dünyasını dəyişib. O kollecin simli alətlər fakültəsinin birinci kurs tələbəsi olub.

Kollecdən tələbənin vəfatı ilə bağlı məlumatı Oxu.Az-a təsdiq ediblər.

Ailəsindən onlara verilən məlumata əsasən, həkimlər tələbənin tromb səbəbindən həyatını itirdiyini deyiblər.

Daha çox xəbərlər