Türkiyə şirkətləri Azərbaycanın investisiya potensialının tanıdılmasında maraqlıdır – IBF prezidenti
Türkiyə şirkətləri Azərbaycanın investisiya potensialının populyarlaşmasında maraqlıdır.
ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) birgə mətbuat konfransı zamanı Beynəlxalq Biznes Forumunun (IBF) prezidenti, MÜSİAD-ın qurucu rəhbəri Erol Yarar deyib.
Onun sözlərinə görə, Azərbaycan torpaqlarının işğaldan azad edilməsindən üç gün sonra türkiyəli iş adamları ərazilərin bərpasında iştirak etməyə başladılar:
“Biz Azərbaycanın investisiya potensialının tanıdılmasında, ölkənin, o cümlədən Qarabağın inkişafına investisiya qoymaqda maraqlıyıq”, deyə E.Yarar bildirib.

