Siyasət 

Misirin “Cümhuriyyə” qəzeti ICESCO-nun Azərbaycanda həyata keçirdiyi layihədən yazıb

Misirin nüfuzlu “Cümhuriyyə” qəzetində Bakı Ali Neft Məktəbində (BANM) Mədəniyyət Nazirliyi, ICESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) və “NewSpace Innovation” şirkətinin “ICESCO akseleratoru” adlı yeni pilot layihəsinin açılışı haqqında məqalə dərc olunub.

ARANTV.AZ  xəbər verir ki, yazıda layihənin məqsədinin ICESCO-nun üzvü olan ölkələrdə akselerator proqramları vasitəsilə dinamik yaradıcı texnologiya və mədəniyyət sahələrinin inkişaf etdirilməsi olduğu qeyd edilib. Diqqətə çatdırılıb ki, layihədə 23 komanda iştirak edir.

Məqalədə qeyd olunub ki, tədbirə onlayn qoşulan ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik ev sahibliyinə və yüksək səviyyədə təşkilatçılığa görə təşəkkürünü bildirib. O qeyd edib ki, bu layihə çərçivəsində 2025-ci ilin sonuna qədər müsəlman ölkələrində 150-dən çox yaradıcı startapçı dəstəklənəcək.

Daha çox xəbərlər