İdman 

Azərbaycan – Qətər oyunu başlayıb – YENİLƏNİR

Futbol üzrə Azərbaycan və Qətər milli komandaları arasında yoldaşlıq oyunu başlayıb.

Matçı litvalı FIFA referisi Donatas Rumşas idarə edir. Bu, Azərbaycan seçməsinin 2021-ci ildəki son oyunudur.

19:57

Bakıda beynəlxalq yoldaşlıq oyununda üz-üzə gələcək Azərbaycan və Qətər yığmalarının start heyətləri açıqlanıb.

Komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

Azərbaycan: 1. Emil Balayev, 2. Qara Qarayev, 3. Azər Salahlı, 4. Bəhlul Mustafazadə, 5. (k.) Maksim Medvedev, 8. Emin Mahmudov, 10. Mahir Emreli, 11. Ramil Şeydayev, 18. Anton Krivotsyuk, 19. Filip Ozobiç, 21. Höccət Haqverdi

Baş məşqçi: Canni De Byazi

Qətər:

22 Barsham 3.Hassan, 4. Albayati 5.Salman 6. HatimC 7. Alaaeldin  12. Boudiaf 13. Khidir 16. Khoukhi 19. Ali 23. Madibo

Baş məşqçi: Feliks Sançes

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Qətər matçı saat 21:00-da başlayacaq.

09:57

Futbol üzrə Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirəcək.

ARANTV.AZ  xəbər verir ki, bu, yığmamızın 2021-ci ildəki sonuncu matçı olacaq.

Canni De Byazinin baş məşqçi olduğu kollektiv Bakıda Qətər yığması ilə qarşılaşacaq. Bakı Olimpiya Stadionunda oynanılacaq görüş saat 21:00-da start götürəcək.

Matçı litvalı FIFA referisi Donatas Rumşas idarə edəcək.

Millimiz Qətərlə bu matça qədər üç dəfə yoldaşlıq görüşündə üz-üzə gəlib. 2013-cü ildə Qətərin paytaxtı Dohada baş tutmuş qarşılaşma 1:1 hesablı heçə-heçə ilə başa çatıb. 4 il sonra eyni şəhərdə keçirilmiş 2-ci matçda Azərbaycan millisi rəqibini məğlub edib – 2:1. Bu il martın 27-də Macarıstanın Debretsen şəhərindəki görüşdə isə Qətər yığması eyni hesabla qalib gəlib.

Qeyd edək ki, Qətər millisi 2022-ci il dünya çempionatının seçmə mərhələsinin A qrupunda müsabiqədənkənar iştirak edir.

Beynəlxalq yoldaşlıq oyunu
14 noyabr
21:00. Azərbaycan – Qətər

Hakimlər: Donatas Rumşas, Aleksandr Radius, Dovidas Sujiedelis (hamısı Litva)

Dördüncü hakim: Elçin Məsiyev

Bakı Olimpiya Stadionu.

Daha çox xəbərlər