Novxanıda naməlum kişi meyiti tapıldı
Novxanı qəsəbəsində meyit tapılıb.
ARANTV.AZ-ın məlumatına görə, Novxanı ərazisində yerləşən restoranlardan birinin sahilində naməlum kişi meyiti aşkarlanıb.
Əldə etdiyimiz məlumata görə, faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır. İlkin məlumata görə, meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib.
Hazırda meyitin kimliyinin müəyyənləşdirilməsi istiqamətində zəruri tədbirlər davam etdirilir.

