Siyasət 

XİN İrana başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İrana başsağlığı verib.

ARANTV.AZ  xəbər verir ki,  Azərbaycan XİN-in “Twitter” hesabında edilən paylaşımda deyilir:

“İranın cənubunda baş vermiş güclü zəlzələ xəbəri bizi çox kədərləndirdi. Zəlzələ nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və xəsarət almış şəxslərin hamısına şəfa diləyirik”.

Qeyd edək ki, ötən gün İranın cənubundakı Hörmüzqan əyalətində baş vermiş 6,4 bal gücündə zəlzələ nəticəsində 2 nəfər ölüb, ən azı 99 nəfər yaralanıb.

Daha çox xəbərlər