“LUKOYL” Xəzərdə iri neft yatağının işlənməsi ilə bağlı müqavilə imzalayıb
Rusiyanın “LUKOYL” və Qazaxıstanın “Kazmunayqaz” şirkətləri Xəzər dənizinin Qazaxıstan sektorunda iri “Kalamkas-dəniz” layihəsinin başlıca prinsipləri ilə bağlı öhdəlik sazişi imzalayıb.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bunu “LUKOYL”un prezidenti Vahid Ələkbərov deyib.
Qeyd edək ki, bir müddət əvvəl Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkənin “Kalamkas-dəniz” neft yatağında işlərə başlayacağını elan etmişdi.
2002-ci ildə kəşf olunan yatağın neft ehtiyatları 159 milyon ton həcmində proqnozlaşdırılır.

