Gündəm 

DSMF-nin büdcəsinin icrası barədə Milli Məclisə hesabat verilsin – TƏKLİF

“Dövlət Sosial Müdafiə Fondunun və büdcədənkənar təşkilatların büdcəsinin gəlir və xərclərinin icrası barədə Milli Məclisə hesabat verilməsini təklif edirik”.

ARANTV.AZ xəbər verir ki, bunu Milli Məclisin iclasında “Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.Deputat bildirib ki, dövlət büdcəsindən alınmamış vəsaitlərin idarəolunan kapitala çevrilməsi və DSMF-nin investisiya layihələrində iştirakı üçün müvafiq addımlar atılmalıdır.

Daha çox xəbərlər