Bakıda dəm qazından boğulma hadisəsi baş verib.
ARANTV.AZ-ın məlumatına görə, Xətai rayonu, N.Şükürov küçəsindəki evlərdən birində yaşayan 47 yaşlı Səma Mustafayeva hamamda olarkən dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.
