Gündəm 

Emil Əkbərov: “Ermənistan və havadarları unutmasınlar ki, “dəmir yumruq” öz yerindədir”

“Noyabrın 16-da Ermənistan silahlı qüvvələrinin bölmələrinin dövlət sərhədindən ölkəmizə qarşı yenidən genişmiqyaslı təxribatlara əl atması açıq şəkildə 10 noyabr bəyanaməsinin pozulması deməkdir”. Bu sözləri Olaylar.az-a açıqlamasında “BİG Media” MMC-nin rəhbəri Emil Əkbərov söyləyib. O, qeyd edib ki, erməni terrorçu dəstələrinin noyabrın 16-da törətdiyi təxribat nəticəsində 7 hərbi quluqçumuz şəhid olub, 10-nu isə yaralanıb: “Allahdan şəhidlərimizə rəhmət, yaralılarımıza isə şəfa diləyirəm. Ermənistanın növbəti təxribatı yenə də biabırçi məğlubiyyətlə nəticələndi. Düşməni geri çəkilməyə məcbur edən Azərbaycanın Müzəffər Ordusu 6 terrorçununu ələ keçirib. 10 noyabr bəyannaməsindən 1 ildən çox vaxt keçsə də, erməni terrorçuları torpaqlarmızdan tam çıxarılmayıb. Hələ də Rusiya sülhməramlıları tərəfindən silahlı erməni terrorçularının Azərbaycan torpağından çıxarılmaması və təxribatların davam etməsi sual doğurur. Təəssüf ki, 30 il olduğu kimi, yenə də beynəlxalq təşkilatlar Ermənistan tərəfinin, revanşizm mövqeyindən çıxış edərək, hərbi təxribatları davam etdirməsinə göz yumur”.

Emil Əkbərov vurğulayıb ki, Ermənistan bu təxribatları ilə Azərbaycan Ordusunun “dəmir yumruğ”unu yenidən öz başında hiss etmək istəyir: “Ermənistan və havadarları unutmasınlar ki, “dəmir yumruq” öz yerindədir. Onların bu təxribatları sonda Ermənistanın dövlət kimi xəritədən silinməsinə səbəb ola bilər. Ötən il Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində ərazi bütövlüyümüzü təmin edən Azərbaycanın Müzəffər Ordusu növbəti dəfə döyüş əməliyyatına başlasa, qısa müddət ərzində nəinki qədim Azərbaycan torpaqlarımızı geri qaytaracaq, hətta Ermənistanın dövlət kimi varlığını sual altına ata bilər. Ona görə də Ermənistan rəhbərliyinin üçtərəfli 10 nobar bəyannaməsinin şərtlərinə əməl etməsi ölkəsinin taleyi üçün daha yaxşı olardı.

Düşmənin istənilən təxribatına qarşı ordumuz tərəfindən qəti cavab verilir və veriləcək. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində qısa zaman ərzində ərazi bütövlüyümüzü təmin edərək, öz gücünü və qüdrətini nəinki Ermənistana, bütün dünyaya sübut etdi.

Ulu Öndər Heydər Əliyevin dövründən başlayan ordu quruculuğu cənab Prezident İlham Əliyevlə ən yüksək səviyyə çatdırılıb. Yüksək döyüş qabiliyyətinə malik olan, ən müasir hərbi texnika, silah-sürsatla təmin edilən Azərbaycan Ordusu bu gün 50 ən güclü ordular sırasındadır. Ermənistan çox yox, 1 il öncə uğradığı biabırçı məğlubiyyətini unutmasa, daha yaxşı olar. Dünənki təxribat zamanı erməni terrorçu dəstələri bir daha Azərbaycan Ordusunun gücünü öz başında hiss etdi. Çünki 10 noyabr təxribatı Ermənistan tərəfi üçün xeyli sayda canlı qüvvə və texnika itkisi ilə nəticələndi. 16 noyabr təxribatı isə onu göstərdi ki, Azərbaycan həm hərbi, həm də diplomatik sahədə olduqca möhkəmdir”.

Daha çox xəbərlər